“LAF TV” “YouTube” kanalı oğurlandı

“LAF TV” “YouTube” kanalı oğurlandı

Hazırda 253 mindən çox abunəçisi olan “LAF TV” “YouTube” kanalı oğurlanıb.

“Cebhe.info” xəbər verir ki, Əməkdar jurnalist Afət Telmanqızı bu barədə “Facebook”da məlumat yayıb.

Qeyd edək ki, kanalın adı Ripple olaraq dəyişdirilib.

Xatırladaq ki, 2020-ci il mayın 28-də internet üzərindən canlı yayıma başlayan “LAF TV” bir çox ilklərə imza atmağı bacarıb. Kanal Əməkdar jurnalistlər Afət Telmanqızı və Ləman Ələşrəfqızı tərəfindən yaradılıb. Analoq televiziya formatında fəaliyyət göstərən “LAF TV” Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

“Cebhe.info”