Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. 

Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından gələn Səfər ayı avqustun 6-dan başlayacaq. 

"Cebhe.info"