Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

Əfqanıstanın şimal bölgəsində son bir həftədir təsirli olan daşqınlar nəticəsində insan tələfatı olub.

"Cebhe.info" xəbər verir ki, Gor Qubernatorluğunun sözçüsü Əbdülvahid Həmas mətbuata verdiyi açıqlamada əyalətdə dünəndən bəri davam edən daşqınların 50 nəfərin ölümünə, onlarla insanın itkin düşməsinə səbəb olduğunu bildirib.

Həmas axtarış-xilasetmə işlərinin davam etdiyini və Firuzkuh rayonunda 2 min evin zərər gördüyünü, 1000-ə yaxın heyvanın öldüyünü, minlərlə hektar kənd təsərrüfatı sahəsinin yararsız hala düşdüyünü bildirib.

Naibə
"Cebhe.info"