Şahin Şıxlinskinin oğlu:"Neçə gündür ki, məni izləyirdilər"       

Şahin Şıxlinskinin oğlu:"Neçə gündür ki, məni izləyirdilər"       

Xəbər verdiyimiz kimi, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.

Saxlanılan zaman ona və oğluna qarşı fiziki güc tətbiq edilib, onlara məxsus "Qallenvaqen"-nin pəncərələri sındırılıb.

"Cebheinfo.az" xəbər verir ki,  Şıxlinskinin oğlu Mütvəli Şıxlinski bir neçə gündür izlənildiyini deyib:

"Bir neçə gündür ki, yük maşını məni izləyirdi. Ona görə də "Bakı Plaza"nın qarşısında maşınımızın qarşısı kəsiləndə, bunun bizə hücum olduğunu düşündüm. Buna görə də maşını arxaya verdim və başqa maşına dəydim. Sonra bizi avtomobildən zorla çıxartdılar".

M. Şıxlinski saxlanma səbəbini öyrənmək istəsə də, ona susmaq tapşırığı verilib:

"Dedim ki, ikimiz də vəkilik, bizə qarşı bu hərəkətə səbəb nədir? Cavab verməyib "sus" dedilər. 3-4 dəqiqə sonra məni sərbəst buraxıb atamı apardılar". 

Xəzər

 "Cebheinfo.az"