Braziliyada daşqında ölənlərin sayı 154-ə yüksəlib

Aprelin 29-dan Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində yağan güclü yağışların səbəb olduğu daşqın nəticəsində insan tələfatı artır.
"Cebhe.info" xəbər verir ki, Rio Qrande-du-Sul Mülki Müdafiə tərəfindən edilən açıqlamada sel fəlakətində həyatını itirənlərin sayının 154-ə yüksəldiyi, 806 nəfərin yaralandığı bildirilib.
Bildirilib ki, itkin düşənlərin sayı 94-ə çatıb. 2 milyon 304 min 422 nəfər daşqından zərər çəkib, 78 min 165 nəfər isə sığınacaqlara yerləşdirilib.
Xilasetmə işlərinə 27 min 753 personal, 4 min 85 nəqliyyat vasitəsi, 21 təyyarə və 289 gəmi cəlb olunub.
Nigar Hacılı
"Cebhe.info"