Təcili yardımda  uşaq dünyaya gəlib

Təcili yardımda  uşaq dünyaya gəlib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 07:22 radələrində 34 yaşlı şəxsin (cinsi qadın) doğuş səbəbilə çağırış daxil olub.

Mərkəzdən "Cebhe.info"-ya verilən məlumata görə, dərhal ünvana təcili tibbi yardım briqadası göndərilib.

37 həftəlik hamilə olan şəxsin doğuş prosesi təcili tibbi yardım avtomobilində başlayıb, briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Xəstənin ailəsi tərəfindən təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə və xüsusi qayğıya görə təşəkkür olunub.

Naibə
"Cebhe.info"