ABŞ-də qəribə olay: Universitet pişiyə diplom…

ABŞ-də qəribə olay: Universitet pişiyə diplom…

ABŞ-nin Vermont Universiteti təhsil ocağının ən sevimli pişiyinə fəxri diplom verib.

"Cebhe.info" xəbər verir ki, universitetin "Facebook" sosial media platformasındakı paylaşımında Maks adlı pişiyin Castleton kampusunun sevimli üzvü olduğu bildirilib.

Paylaşımda kampusun yaxınlığındakı evin bir üzvü olan Maksın 4 ildir tez-tez kampusa baş çəkdiyi və tələbələrlə dostluq etdiyi qeyd edilib.

Bildirilib ki, tələbələri kampus ətrafında səyahətlərində müşayiət edən Maksa universitet fəxri diplomu vermək qərarına gəlib.

Pişik Maksın diplomu məzuniyyət mərasimində sahibi Eşli Douya veriləcək.

Nigar Hacılı 
"Cebhe.info"