Çikaqoda atışma nəticəsində azı 4 nəfər ölüb

Çikaqoda atışma nəticəsində azı 4 nəfər ölüb

Amerikanın Çikaqo şəhərində gecə klubunun qarşısında atışma olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə CBS telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

“Çərşənbə günü axşam Çikaqo şəhərinin mərkəzindəki gecə klubunun qarşısında baş verən atışmada azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb”, - məlumatda belə deyilir.

Bildirilir ki, naməlum şəxslər gecə klubundan çıxan insanlara hərəkətdə olan avtomobildən atəş açıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Nigar Hacılı 
"Cebheinfo.az"