Spirtli içki, siqaret və şirniyyat bahalaşacaq: Yarıbayarı

Spirtli içki, siqaret və şirniyyat bahalaşacaq: Yarıbayarı

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2035-ci ilə qədər bəzi məhsullarda qiymətlər ən azı 50% artırılmalıdır. 

Təşkilatın ekspertlərinin fikrincə, bu tədbir xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və ölkələrə büdcə gəlirləri yaratmağa kömək edəcək.

“Cebheinfo.az” DW-ya istinadən xəbər verir ki, ÜST dünyada səhiyyə sistemlərini gərginləşdirən qeyri-infeksion xəstəliklərin artmasından narahatdır. Təşkilat qeyd edir ki, bütün dünyada ölüm hallarının 75%-nin səbəbi qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və diabetdir.

ÜST qeyd edib ki, spirtli içkilərin, siqaretlərin və şirniyyatların qiymətlərinin artırılması növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.

Xəzər
“Cebheinfo.az”