Ronaldodan Jota ilə bağlı paylaşım - FOTOLAR

Ronaldodan Jota ilə bağlı paylaşım - FOTOLAR

Dünyanın bir çox futbolçuları avtomobil qəzasında həlak olan “Liverpul”un oyunçusu Dioqo Jota ilə bağlı paylaşımlar edib.

“Qafqazinfo”nun məlumatına görə, Jota ilə Portuqaliya yığmasından komanda yoldaşı olan Kriştianu Ronaldo instaqram hesabında onun haqqında yazıb. 

Kriştianu paylaşımda bunları qeyd edib: “İndi bunun mənası yoxdur. Dünən millidə bir yerdə idik, sonra sən evləndin. Amma bu gün səni itirdik. Ailənizə, həyat yoldaşınıza və övladlarınıza başsağlığı verir və onlara dünyanın bütün güclərini diləyirəm. Bilirəm ki, siz həmişə onlarla olacaqsız. Rahat yatın, Dioqo və Andre. Hamımız sizin üçün darıxacağıq”. 

Jotanın komanda yoldaşı Darvin Nunez komanda yoldaşı haqqında yazıb: “Belə ağrılara təsəlli verən sözlər yoxdur. Mən sizi həmişə təbəssümlə, meydanda və meydandan kənarda yaxşı komanda yoldaşı kimi xatırlayacağam. Bütün sevgimi ailənizə göndərirəm. Əminəm ki, Dioqo sən həmişə həyat yoldaşın və 3 uşağınla olacaqsan”. 

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerarda Dioqo Jotanın ölümünə sarsıldığını ifadə edib. 

Bundan başqa bir çox klublar da D.Jota barədə paylaşım edib. 

"Cebheinfo.az"