“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.
"Cebheinfo.az" Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib. Naxçıvan klubu F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.
Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
"Cebheinfo.az"