Rusiya HHQ baş komandanının müavini öldürüldü

Qvardiya general-mayoru, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkov Kursk vilayətində ödürülüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Amur vilayətinin qubernatoru Oleq Kojemyako teleqram kanalında yayıb.
“Komandirlə birlikdə onun sadiq yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak olub”, - o bildirib.
"Cebheinfo.az"