Yasamalda yaşayış binasında yanğın olub

Yasamalda yaşayış binasında yanğın olub

Yasamal rayonunda beş mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

"Cebheinfo.az"