Mübariz Mənsimovdan Prezidentə MÜRACİƏT

Mübariz Mənsimovdan Prezidentə MÜRACİƏT

“Palmali Holding“-in İdarə Heytərinin sədri, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov Prezident İlham Əliyevə müraciət edib.

“Cebheinfo.az” xəbər verir ki, müraciətdə deyilir: 

“Hörmətli cənab Prezident!

Son günlər Rusiya Federasiyasında yaşayan soydaşlarımıza qarşı həyata keçirilən qanunsuz, insanlığa sığmayan davranışları, hüquq-mühafizə orqanları tərəfindən edilən işgəncə və qəddarlığı dərin həyəcan və qəzəblə izləyirəm. Günahsız həmvətənlərimizin təhqir olunması, döyülməsi və hətta həyatlarına qəsd edilməsi təkcə onların hüquqlarına deyil, bütün azərbaycanlıların ləyaqətinə və varlığına yönəlmiş açıq təhdiddir.

Bu ağır məqamda, Sizin birbaşa nəzarətinizlə Azərbaycanın rəsmi qurumları tərəfindən nümayiş etdirilən prinsipial mövqe və dərhal verilən sərt reaksiyalar hər birimizə qürur verdi. Siz bir daha sübut etdiniz ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və ədalətli bir dövlət – Azərbaycan dövləti dayanır!”

M.Mənsimov daha sonra “Biz – azərbaycanlı iş adamları və diaspor nümayəndələri olaraq – bu yolda hər zaman Sizin yanınızdayıq”,-deyə bildirib:

“Mən, Mübariz Mənsimov, bir azərbaycanlı kimi dövlətçiliyimiz və xalqımız naminə apardığınız mübarizədə Sizi hər zaman dəstəklədiyimi bir daha bəyan edirəm.

Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək Azərbaycanın adını dünyada ucaldan Sizin kimi bir liderə sahib olduğumuz üçün qürur duyuram”.

Xəzər
“Cebheinfo.az”