Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Amil Ömərov 2021-ci ildən Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

"Cebheinfo.az"