Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir

Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir.
“Cebheinfo.az” xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:
- xüsusi icra məmurlarının fəaliyyəti üçün normativ tənzimlənməni həyata keçirmək;
- xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari hazırlığını, habelə xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimləri təşkil etmək;
- şəhadətnamə almaq istəyən şəxslərlə müsabiqənin keçirilməsini təşkil etmək;
- Xüsusi İcra Məmurlarının Reyestrini formalaşdırmaq və aparmaq;
- xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blankının nümunələrini, nişanının, vahid geyim formasının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirini müəyyən etmək, həmin nişanları vermək; 5.1.6. xüsusi icra məmurunun fəaliyyəti ilə bağlı arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi məsələlərini həll etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Elektron icra" informasiya sistemi vasitesilə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan dövlət və digər informasiya ehtiyatları və sistemlərindən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatların xüsusi icra məmurları tərəfindən real vaxt rejimində əldə olunmasını təmin etmək;
- xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
- xüsusi icra məmurlarının fəaliyyətini təşviq etmək.
“Cebheinfo.az”