Lənkəranda 65 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb

Lənkəranda 65 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şürük kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boynunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”