Suriyanın mərkəzində partlayış olub

Suriyanın mərkəzində partlayış olub

Suriyanın mərkəzində yerləşən Həma əyalətində baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb.

Bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Yerdəki mənbələrin məlumatına görə, insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

SANA agentliyi öz növbəsində əyalətin eyniadlı inzibati mərkəzinin şimal-şərq kənarında yanacaq çəninin partladığını bildirib. Xilasedicilər və həkimlər artıq hadisə yerinə yollanır.

“Cebheinfo.az”