Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun dondurmalarının idxalına müvəqqəti qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.
“Qida təhlükəsizliyi müfəttişliyi orqanı rəhbərinin qərarı ilə iyulun 2-dən etibarən Rusiyanın “Əsl Dondurma Zavodu” MMC-nin istehsal etdiyi dondurmanın Ermənistana idxalı müvəqqəti olaraq qadağan edilib”, - məlumatda bildirilir.
Məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı qərar məhsulun təhlükəsizliyi riskinin qiymətləndirilməsi zamanı qəbul edilib. Qeyd olunur ki, məhdudiyyətlər əvvəllər idxal olunan məhsullara şamil edilmir.
“Cebheinfo.az”