İnternetdə problem yaranıb

İyunun 3-də gecə saatlarından etibarən internetin verilişində problemlər yaranıb.
Bu barədə "Cebheinfo.az"-a "Azeronline" abonentləri məlumat veriblər.
Abonentlərin dediyinə görə, gecədən etibarən internet kəsilib. Şirkətdən abonentlərə cavab olaraq internetin verilişində ümumi problem olduğunu, yaxın zamanlarda aradan qaldırılması üçün çalışdıqları bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya ilə gərginlik fonunda bu ölkənin Azərbaycaın internet təminatında problemlər yaradacağı istisna edilməmişdi.
Xəzər
"Cebheinfo.az "