Türkiyədəki təyyarə qəzasında pilot ölüb: Sərnişin sağ qalıb

Türkiyədəki təyyarə qəzasında pilot ölüb: Sərnişin sağ qalıb

Türkiyədə Bayburt-Ərzurum-Rizə sərhədində qəzaya uğrayan təyyarənin pilotu Mehmet Demircinin həlak olduğu müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Yüngülmühərrikli təyyarənin sərnişini Hicran Kayanın isə sağ qaldığı bildirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib.

"Cebheinfo.az "