İsrail Prezidenti Azərbaycana yeni təyin olunmuş səfiri qəbul edib

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausu qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.
Bildirilib ki, İsrail Prezidenti diplomatik fəaliyyətinə başlamazdan əvvəl səfir Ronen Krausu qəbul edib
“İsrailin qlobal diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən verdiyi təşviqə görə minnətdarıq. Tezliklə Azərbaycanda yeni səyahətimə başlayacağım üçün həyəcanlıyam”, - səfir qeyd edib.
"Cebheinfo.az "