Hərbi helikopter qəzaya uğrayıb

Somalinin paytaxtı Moqadişuda hərbi helikopter eniş zamanı qəzaya uğrayıb.
"Cebheinfo.az" xəbər verir ki, Somalidəki Afrika İttifaqının Dəstək və Sabitlik Missiyasında xidmət edən helikopter Aden Adde Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Helikopterin Uqandaya məxsus olduğu açıqlanıb. Qəza zamanı helikopter alov topuna çevrilib.
Qəza baş verən helikopterdə 8 nəfər olub. Uqanda ordusunun sözçüsü qəza nəticəsində 3 nəfərin sağ qaldığını bildirib. Digər 5 nəfərin taleyi isə yanğın tamamilə söndürüldükdən sonra dəqiqləşəcək. Qeyd edək ki, Somalidəki Afrika İttifaqının Dəstək və Sabitlik Missiyasının terror təşkilatı Əş-Şəbab ilə mübarizə çərçivəsində 11 mindən çox heyəti var.
Nigar Hacılı
"Cebheinfo.az"