Bakıda 32 saatlıq beyin əməliyyatı: Həkim yerə sərildi – FOTO

Bakıda 32 saatlıq beyin əməliyyatı: Həkim yerə sərildi – FOTO

Bakıda ağır beyin əməliyyatı rekorda imza atıb.

"Cebheinfo.az" “Medicina”-a istinadən xəbər verir ki, RDM-də uzman dr. Pərvin Mirzəliyevin nəhəng beyin arteriyovenoz malformasiya əməliyyatı fasiləsiz olaraq 32 saat davam edib, bu isə 1 sutkadan çoxdur.

O, əməliyyatın sonunda əməliyyatxanın döşəməsinə gücsüz sərilərək qələbəni qeyd edib.

“Ölüb, ölüb, diriltdiklərim” qeydini edən cərrah zəfər işarəsi qaldırıb.

Qeyd edək ki, Pərvin Mirzəliyev Ankara Qazi xəstəxanasında uzmanlıq üzrə ixtisaslaşıb və çalışıb.

"Cebheinfo.az "