Məşhur İstirahət mərkəzində bədbəxt hadisə: Ölən var

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az "