İran Tramp və Netanyahuya sui-qəsd üçün ianə toplamağa başladı

İran Tramp və Netanyahuya sui-qəsd üçün ianə toplamağa başladı

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun qətlə yetirilməsi üçün vəsait toplanılır.

"Cebheinfo.az" "Teleqraf" nəşrinə istinadla xəbər verir ki, bu barədə İranlı din xadimi Əbdülməcid Xarağani bildirib.

O qeyd edib ki, onların həyatına görə mükafat 10–20 milyon dollar təşkil edəcək və killerə ödəniləcək.

Xarağani iranlıları kampaniyaya dəstək verməyə çağıraraq vurğulayıb ki, düşmən liderlərinin zərərsizləşdirilməsi yalnız hərbçilərin vəzifəsi deyil.

"Cebheinfo.az"