Qazaxıstan və Serbiya prezidentlərinin telefon danışığı

Qazaxıstan və Serbiya prezidentlərinin telefon danışığı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Serbiya prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Telefon danışığı zamanı Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və Qazaxıstan prezidentinin ilin ikinci yarısında Belqrada səfərinin təşkili məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin bir sıra aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

"Cebhe.info"