Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Avropa İttifaqında "Telegram"ı tənzimləyən nəzarət orqanı olacaq.

Modern.az xəbər verir ki, bu barədə "De Standaard" yazıb.

Belçika nəşri yazır ki, Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu (BIPT) bütün Aİ ərazisində messencerin işini tənzimləyən belə bir orqana çevrilməlidir.

Nəşrin məlumatına görə, BIPT "Telegram"ın messencerdə qeyri-qanuni məzmunun yayılmasına, məsələn, zorakılığa çağırışlara və ya qeyri-qanuni silah satışına və s. necə reaksiya verəcəyinə nəzarət edəcək. Əgər şirkət istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək.

"Cebhe.info"