Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?

Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin andiçmə mərasimində iştirak edəcək xarici qonaqlar barədə məlumatı açıqlamaqdan imtina edib.

Modern.az-ın məlumatına görə, Peskov jurnalistlərə deyib ki, təfərrüatları Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov açıqlayacaq və o, brifinq keçirəcək.

"Bilirsiniz, mən hadisələri qabaqlamayacağam, biz razılaşdıq ki, həmkarım Uşakov jurnalistlərə brifinqdə bu barədə danışacaq", - Peskov deyib.

Prezident V.Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Mart ayında Rusiyada prezident seçkiləri keçirilib və bu seçkilərdə indiki dövlət başçısı Vladimir Putin qalib gəlib.

"Cebhe.info"