Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib

Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib

“Real Madrid” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib.

Məlumata görə, fransalı mütəxəssis “Real Madrid” azarkeşi olduğunu və Çempionlar Liqasının yarımfinalında da “Kral” klubunu dəstəkləyəcəyini bildirib.

Zinəddin Zidan gələcəkdə yenidən “Real Madrid” klubunu çalışdırmaq istədiyini və başqa komandaların təkliflərini əslə qəbul etməyəcəyini deyib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”i çalışdırdığı müddət ərzində üç dəfə Çempionlar liqası, iki dəfə UEFA Super Kubokunu, iki dəfə İspaniya Super Kubokunu başı üzərinə qaldırıb.

"Cebhe.info"