Milyonluq auditoriyasına Bakını göstərdi - FOTOLAR
Rusiyalı dəb tarixçisi, sənətşünas və teleaparıcı Aleksandr Vasilyev Bakıya gəlib.
“Cebhe.info” xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.
Vasilyev qeyd edib ki, ilk dəfə Bakıya atası ilə 1971-ci ildə məşhur azərbaycanlı rəssam Tahir Salahovun dəvəti ilə gəlmişdi.
“Bakı bizi Xalça festivalı, dadlı restoranları, sarayları və muzeyləri, həmçinin qayaüstü rəsmləri ilə şöhrət qazanmış Qobustan qoruğuna səfərlə sevindirdi”, - rusiyalı məşhur budəfəki səfəri haqda yazıb.
Qeyd edək ki, A. Vasilyevin instaqramda 1,4 milyondan çox izləyicisi var.
"Cebhe.info"