Bu ölkə keçmiş kölələrinə təzminat ödəyəcək?

Bu ölkə keçmiş kölələrinə təzminat ödəyəcək?

Portuqaliya hökuməti müstəmləkə keçmişinə və köləliyinə görə təzminat ödəmək prosesinə başlamamaq qərarına gəlib.

Bundan əvvəl respublika prezidenti başqa ölkələr qarşısında “günahları ödəməyə” çağırıb.

“Cebhe.info” “Reuters”-ə istinadən xəbər verir ki, hökumət bəyanatında təzminatların ödənilməsi üçün konkret fəaliyyət proqramı olmadığı bildirilib. Həmçinin qeyd edilir ki, Portuqaliyanın keçmiş müstəmləkələri ilə münasibətləri “həqiqətən əladır”.

2023-cü ilin sentyabrında Qana lideri Nana Akufo-Addo Qərbdən Afrikaya qul ticarətinə görə təzminat ödəməyi tələb edib.

Portuqaliyanın müstəmləkə imperiyası müxtəlif dövrlərdə Braziliya, Anqola, Kabo-Verde, Mozambik, Şərqi Timor, habelə Hindistanın bəzi hissələrini əhatə edirdi.

Xəzər
“Cebhe.info”