Dövlət Baxçalı Halil Umut Melerin döyülməsinə münasibət bildirib

Dövlət Baxçalı Halil Umut Melerin döyülməsinə münasibət bildirib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Ankaragücü"nün keçmiş prezidenti Faruk Kocanın futbol hakimi Halil Umut Melərə etdiyi hücum barəsində danışıb.

"Cebhe.info" xəbr verir ki, Baxçalı "Ankaragücü"-"Rizəspor" matçından sonra baş hakim Halil Umut Melerə qarşı edilən hücumu pisləyib:

"TFF prosesi sağlam düşüncə ilə idarə edə bilmədi. Günahsız insanlarımız şəhid olarkən səsini çıxarmayanların birdən-birə səfərbər olunması son dərəcə düşündürücü haldır. Biz hakimimizə edilən vandal hücumu pisləyirik".

Qeyd edək ki, Türkiyə Superliqasının 15-ci turunda "Rizəspor"a qarşı matçda (1:1) türkiyəli FİFA referisi Halil Umut Melerə yumruq vuran "Ankaragücü" prezidenti Faruk Koca həbs olunub.

Naibə
"Cebhe.info"