Ərdoğan İstanbulda səs verib:"Çox tez bitəcək"

Ərdoğan İstanbulda səs verib:"Çox tez bitəcək"

"Cümhur İttifaqı"nın namizədi, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermədə iştirak edib.

Cebhe.info xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının sədri İstanbulda xanımı Əminə Ərdoğanla səs verib.

Ərdoğan mətbuata açıqlamasında səsvermənin tez bitəcəyinə ümid etdiyini bildirib:

"İlk dəfədir ki, iki turdan ibarət seçkinin şahidi oluruq. İnanıram ki, bugünkü səsvermə çox tez bitəcək".

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. İlk turda mübarizə aparan üç namizədlərdən Rəcəb Tayyib Ərdoğan 49,51 %, Kamal Kılıçtaroğlu 44,88 %, Sinan Oğan isə 5,7 % səs toplayıb.

Günay Şahmar
Cebhe.info