İrəvan: “Yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”

İrəvan: “Yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.

“Cebhe.info” xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verib.

“Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - XİN-dən bildirilib.

Qeyd olunub ki, Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

Xəzər
“Cebhe.info”