Fransadan gələn erməni jurnalist İrəvanda aclığa başlayıb

Fransadan gələn erməni jurnalist İrəvanda aclığa başlayıb

Erməni əsilli fransalı jurnalist Leo Nikolyan 7-ci gündür ki, İrəvandakı “Zvartnots” hava limanının neytral zonasında aclıq aksiyası keçirir.

“Cebhe.info” xəbər verir ki, o, Ermənistana buraxılmaması ilə bağlı ona qarşı siyasi qərar verildiyini bildirib.

Nikolyan onu da bildirib ki, hökumət nümayəndələri ona baş çəkib, qayıtmaq üçün bilet və pul təklif ediblər, lakin o, bundan imtina edib.

Qeyd edək ki, jurnalist xərçəng xəstəsidir.

Həkimlər də bir neçə saatdan bir ona baş çəkirlər və 2-3 gün aclığı dayandırmasa, sağ qalmayacağı barədə məlumat veriblər.

Xəzər
“Cebhe.info”