İsrail HHQ İranın qərbinə zərbələr endirib

İsrail dövlət televiziyası KAN İsrail Hərbi Hava Qüvvələrinin İranın qərbinə yeni hava zərbələri endirib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusundan adı açıqlanmayan bir hərbi səlahiyyətli İranın qərbinə yeni hava hücumları təşkil edildiyini açıqlayıb.İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, iyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan genişmiqyaslı hücumlara başlayıb.
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bir neçə yüksək səviyyəli komandir, həmçinin 9 nüvə alimi həlak olub, ümumilikdə 224 mülki itki açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"