Tədbir iştirakçılarına hibrid təhdidlərin strategiyası izah edildi - FOTOLAR

Tədbir iştirakçılarına hibrid təhdidlərin strategiyası izah edildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Zaqatala rayonu, Aşağı Tala kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.

“Cebheinfo.az” QHT.az-a istinadən xəbər verir ki, iştirakçılar  Qarabağ uğrunda həyatını quban verən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi. Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri  Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. Layihənin məqsədi  hakimiyyətin əldə etdiyi uğurlara kölgə salmaq istəyənlərin, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirmək və əsassız bəyanatlarla ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə hər cür vasitələrə əl atanların iç üzünü və çirkin məqsədlərini böyüyən nəslə və gənclərə tanıtmaq, onların vətənpərvəlik hisslərini artırmaq, milli-mənəvi və ailə dəyərlərimizlə uzlaşmayan yad dəyərlərin cəmiyyətimizə  yol açmaması üçün onları ayıq-sayıq olmağa təşviq etməkdir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək demişdir:- Müharibələrin tarixi elə bəşəriyyət qədər qədim olsa da, XXI əsrdə ona bir çox yeni çalarlar əlavə olunub. Buna əsas səbəb elm və texnologiyaların sürətli inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin bir çox sahələr kimi hərb sənətinə də sirayət etməsidir. İnformasiya texnologiyaları əsrində aparılan müharibələr həm də informasiya məkanını əhatə edir. Məhz virtual müharibələr yeni terminin – “hibrid müharibə” anlayışının meydana gəlməsinə səbəb olub.

Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin, xüsusilə Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar,  qətnamələr və açıqlamalar verməsini, ölkəmizə qarşı çirkin oyunların hələ bitmədiyini, onların qarayaxma, iftira və böhtan kampaniyalarının  məqsədini yeniyetmə və gənclərə izah etmək, onları ayıq-sayıq olmağa təhrik etməkdir.

Hibrid təhdidlərin strategiyasında informasiya müharibəsi, kiberhücumlar əsas yer tutur.  Dezinformasiyalar yaymaq yolu ilə vətəndaşların dövlət institutlarına, mediaya inamının sarsıdılmasına , məlumatların manipulyasiyasına yönəldilir. Bu məqsədlə mediadan, sosial şəbəkələrdən təbliğat platforması olaraq istifadə edilir. Milli kimliklə, adət-ənənələrlə uzlaşmayan yad dəyərlərin yayılmasına çalışılır.  Hibrid təhdidlərə qarşı  mübarizə  və  əsaslı dəyişiklik üçün  belə layihələr  vacibdir.

“Dəyirmi masa” iştirakçıları  postmüharibə zamanında qalib Azərbaycan cəmiyyətinin daha çox  yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac oplduğunu bildirirlər. Çıxışçılardan kitabxanaçı Rahilə Eyvazova, informatika müəllimi İradə Mehdiyeva şagirdləri informasiya təhlükəsizliyi, kibersistenlər sahəsində inkişafın hibrid təhdidlər üçün yeni imkanlar yaratması barədə şagirdləri tez-tez məlumatlandırdıqlarını bildirirlər. Şagirdlərdən Emil Qurbanov, Məryəm Muradova, Rəvan Həmzəyev və başqaları müzakirələrdə iştirak edərək mövzu ilə bağlı öz fikirlərini bildirirlər. Qeyd olunur ki, gənc nəsil 2020-ci ildə 44 günlük müharibədə təkcə qələbəmizdən deyil, hakimiyyət-ordu-xalq birliyi və vəhdətindən də bilgilənməlidir. Dövlətimizin, xalqımızın, ordumuzun yenilməzliyi, cəsurluğu ilə fəxr etməlidir.

Gənclər müzakirələrdə fəal iştirak edərək ekspertlərə müxtəlif suallar ünvanlamışlar.  

“Cebheinfo.az”