Tatlısəslə oğlu arasında gərginlik SƏNGİMİR

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs və oğlu Ahmet Tatlısəs arasında gərginlik davam edir.
“Cebheinfo.az” xəbər verir ki, müğənni küsülü olan oğlu Ahmet Tatlısəs, 15 iyun - Atalar Günü münasibətilə sosial mediada diqqətçəkən bir paylaşım edib:
“Bəlkə atamdan sevgi görmədim, amma sevgisizliyi gördükcə sevməyi öyrəndim. Ömrümü verdim. Özümü deyil, qəlbimi verdim. Bəzən sipər, bəzən kölgə oldum.
İstifadə edildim, amma sınmadım, əyilmədim. Duruşumdan, xarakterimdən bir an belə imtina etmədim. Mən yalnız ata olmadım, böyük qardaş oldum, dayı oldum, əmi oldum, kiçik qardaş oldum. Dostuma dost, düşmənimə məsafəli oldum.
Övlad böyütdüm, nəvə sevdim, qəlb daşıdım. Həyat məni yormaq istədi, mən isə həyata dik duraraq cavab verdim. Bu gün Atalar Günüdür. Mən sadəcə ata deyil, ata kimi ata oldum. Allahın izniylə belə də qalacağam”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”