İsrailin itkiləri BELƏDİR

İsrailin itkiləri BELƏDİR

İranın iyunun 13-də başlayan raket zərbələri nəticəsində İsraildə 24 nəfər ölüb, 640-dan çox insan yaralanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu məlumat İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın dərc etdiyi hesabatda yer alıb.

"Mülki əhali arasında itkilər belədir: 24 nəfər həlak olub, 647-dən çox insan yaralanıb", - məlumatda deyilir.

Xəsarət alanlardan 10 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır dəyərləndirilir. 600 nəfərdən çoxunun isə yüngül xəsarət aldığı bildirilir.

Xəzər
“Cebheinfo.az”