Azərbaycanda magistral kəmərlərlə qazın nəqli azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 129,4 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 1,3% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 54,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 9 272,3 mln. kubmetr qaz ötürülüb (2,1%-lik azalma olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.
“Cebheinfo.az”