Paşinyan-kilsə mübarizəsi gizli formaya keçib

Nikol Paşinyanın bir neçə gündür ki, bütün ermənilərin katolikosu və kilsə haqqında yazmamasına və öz səhifəsində səhər “zəbur”ları ("Zəbur" sözü yunan psalmodan, "mahnı" mənasını verir) dərc etməməsinə baxmayaraq, kampaniyanı bitmiş hesab etmək olmaz.
“Cebheinfo.az”-ın məlumatına baxmayaraq, “Hraparak” qəzeti belə yazıb.
“Hökumətə yaxıın mənbələrimizin dediyinə görə, bu susqunluq görüntüdür. Rejim gizli şəkildə kilsəyə qarşı işləməkdə davam edir-faktlar və ittihamedici sübutlar toplanır, taktika nəzərdən keçirilir.
Müşahidə olunan passivlik isə regiondakı qeyri-sabitlik, İsrail-İran müharibəsi ilə bağlıdır. Paşinyan dərk edir ki, xüsusilə də bu günlərdə kilsə əleyhinə yazıları gələcək üçün bağışlanmayacaq. Ona görə də “müharibəni” davam etdirmək üçün vəziyyətin, heç olmasa, bir az sakitləşməsini gözləyir.
Kilsə ona qarşı edilən çağırışı qəbul etdi: dünən “dəyirmi masa” təşkil olundu, orada yüksək rütbəli ruhanilər, siyasi və ictimai xadimlər Paşinyanın paylaşımlarını təhlil etdilər və sərt qiymətlər verdilər”, - deyə adıçəkilən nəşr qeyd edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”