Müəllimlərin maaşı artacaq

Müəllimlərin maaşı artacaq

"Müəllimin keyfiyyəti təhsilin keyfiyyətini müəyyən edir. Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Məktəblərimizin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq". 

"Cebheinfo.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O qeyd edib ki, məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir:

“Şagirdə dərs deyən müəllimin hazırlıqlı və bilikli olması vacibdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu isə sağlam rəqabət mühiti yaradır”.

Nigar
"Cebheinfo.az"