Rusiyalı tanınmış iş adamı İrəvanda saxlanılıb

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.
"Report"un "ArmLur.am"a istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri müvafiq tədbirlər həyata keçirir.
Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq".
Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd olunur ki, hazırda iş adamının Ulnetsi küçəsində yerləşən mənzilində axtarış aparılır.
Qeyd edək ki, buna səbəb Samvel Karapetyanın kilsənin müdafiəsi barədə səsləndirdiyi fikirlər olub.
“Cebheinfo.az”