Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib

Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib

Kreml Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın həmişə arabadan öndə olmağa çalışdığını söyləyib.

"Mənə elə gəlir ki, hətta bu bəyanatlar ABŞ-də və bir sıra digər Avropa paytaxtlarında qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.

"Cebhe.info"