Paşinyanı devirib, yerinə keçmək istəyən yeni namizəd kimdir?

Deputat Ovik Ağazaryanın Vahid Milli Konstitusiya Partiyasından Ermənistanın Baş nazirliyinə namizədi Edmon Marukyan ilkin şərt olmadan Baş nazir Nikol Paşinyanın impiçmenti təşəbbüsünə qoşulmağa razı salmaq üçün yaxın günlərdə parlament fraksiyaları ilə görüşəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır.
Qeyd edək ki, mayın 16-da Milli Məclisin deputatları Akop Aslanyan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sıralarını tərk edən Ağazaryan Ermənistanın Baş naziri postuna Marukyanın namizədliyini irəli sürüblər. Onlar bu namizədliyi baş nazirin impiçmenti təşəbbüsünün bir hissəsi kimi təqdim ediblər.
Qəzetin yazdığına görə, bir gün əvvəl Edmon Marukyan “Ermənistan” fraksiyasının liderləri Seyran Ohanyana və “Şərəfim var” fraksiyasının liderləri Hayk Mamicanyana canlı efirdə zəng edərək onlara görüş təklif edib.“Ohanyan yerin uyğun olmadığını bildirib və sonradan müzakirə edəcəyinə söz verib. “Şərəfim var”ın rəhbəri zənglərə cavab verməyib”, - deyə nəşr qeyd edir.
“Hraparak” bildirir ki, Ağazaryanla Marukyan arasında əməkdaşlıq növbəti seçkilərə qədər davam edə bilər. Həmin gün “Past” qəzetinin müxbiri Marukyanın viza və pasport şöbəsində şəklini çəkib. Nəşrin məlumatına görə, o, baş nazir postuna namizəd olmaq üçün tələb olunan sənədləri əldə etmək məqsədilə ərizə doldururmuş.
Qeyd edək ki, qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün 36 səs lazımdır.Mayın 2-də “Ermənistan” bloku Paşinyana qarşı impiçment təşəbbüsü müəlliflərinin səmimiliyinə şübhə ilə yanaşıb və ilk növbədə küçə təzyiqinin təmin edilməsini təklif edib.
Baş nazirliyə namizədinin olmadığınl bildirən “Şərəfim var” fraksiyası isə altı imzası ilə Paşinyana etimadsızlıq göstərməyə səsvermə prosesində iştirak edəcəyinə söz verib.
Müşfiq Abdulla
“Cebheinfo.az”