Pul yoxdur: Dövlət qurumları ləğv olunur

Pul yoxdur: Dövlət qurumları ləğv olunur

Böyük Britaniya hökuməti Baş nazir Kir Starmerin xərcləri azaltmaq təşəbbüsü çərçivəsində 300 agentliyi bağlamağı və ya birləşdirməyi planlaşdırır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazır.

Böyük Britaniyanın Hökumətlərarası Əlaqələr Katibi Pat MakFadden hökumət departamentlərinə məktub yazıb, onlardan hər bir agentliyin işinə haqq qazandırmağı xahiş edib.

Bundan əlavə, hakimiyyət Britaniya dövlət qulluqçularının minlərlə kredit kartını ləğv etməyi planlaşdırır.

Bundan əvvəl “Times” xəbər vermişdi ki, Britaniya hökuməti büdcə kəsiri səbəbindən xərcləri azaltmaq zərurəti ilə əlaqədar yeni qırıcı təyyarənin hazırlanmasından imtina etməyi düşünür.

Hökumət oktyabr ayı büdcə mesajında bir sıra müdafiə proqramları üçün maliyyənin azaldılmasını elan etməyi planlaşdırır. Böyük Britaniya hökumətinin hərbi xərcləri artıracağına və ya 2030-cu ilə qədər müdafiəyə ayrılan maliyyəni ÜDM-in 2,5%-nə çatdıra biləcəyinə inanmaq üçün hazırda heç bir əsas yoxdur.Bundan əlavə, Böyük Britaniyanın Müdafiə Nazirliyi hazırda dəyəri 50,000 funt sterlinqdən çox olan bütün layihələri nəzərdən keçirir.

Xəzər 
"Cebheinfo.az"