Bu gecə Mərdəkan və Şüvəlanda işıq olmayacaq

Bu gecə Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Cebheinfo.az"a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
"Cebheinfo.az"