Azərbaycana 5 ayda 800 mln. dollarlıq avtomobil idxal edilib

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub.
"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillər sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.
"Cebheinfo.az"