Xameneyi: "İran öz ərazisinə hücuma etinasız yanaşmayacaq" - YENİLƏNİB

Tehran öz ərazisinə hücuma etinasız yanaşmayacaq, ölkənin Silahlı Qüvvələri hazırlıq vəziyyətindədir.
Bu barədə İranın ali lideri ayətullah Əli Xameneyi xalqa müraciətində bildirib.
13:43
İranın ali lideri ayətullah Əli Xamənei yaxın vaxtda xalqa müraciət edəcək.
Bu barədə TASS ölkə rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ali rəhbərin İran xalqına televiziya müraciəti bir neçə dəqiqə sonra yayımlanacaq", - məlumatda vurğulanıb.
"Cebheinfo.az"